Latviya Müdafiə Nazirliyinin rəhbəri Rayvis Melnis bildirib ki, avqustun 14-də ölkənin hava məkanını pozan və Balvi rayonunda vurulan pilotsuz uçuş aparatı (PUA) Latviya ərazisinə Belarus tərəfdən daxil olub.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, nazir televiziya efirində qeyd edib ki, hazırda aidiyyəti xidmətlər PUA-nın hansı ölkədə istehsal olunduğunu müəyyənləşdirir.
Avqustun 14-nə keçən gecə NATO-nun qırıcı təyyarələri drou meşə zolağı üzərində vuraraq zərərsizləşdiriblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. İnsidentlə əlaqədar Latviyanın bir sıra şərq regionlarında müvəqqəti hava həyəcanı elan olunmuşdu.