17 avqust 2026 21:28
111

“Qarabağ” “Şamaxı”ya qalib gəldi

Bu gün Misli Premyer Liqasında ilk tura yekun vurulub.

İki sahil”in məlumatına görə, son oyun günündə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Şamaxı"nı sınağa çəkib.

Saat 19:30-da başlayan qarşılaşmanın 28-ci dəqiqəsində Renaldo Sefas hesabı açıb. 43-cü dəqiqədə “Şamaxı”nın futbolçusu Edqar Adilxanov bərabərlik qolunu vursa da 59-cu dəqiqədə Apolinario topu öz qapısından keçirərək “Qarabağ”ı yenidən hesabda önə çıxarıb.

Yarışda son qolu 85-ci dəqiqədə Aleksey Kaşuk vurub - 3-1

Misli Premyer Liqası,

1-ci tur

17 avqust

19:30. “Qarabağ” 3–1 “Şamaxı”

Qol: Renaldo Sefas, 28 (1-0), Edqar Adilxanov, 43 (1-1), Apolinario, 59-avtoqol (2-1), Aleksey Kaşuk, 85 (3-1)

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov

VAR: İnqilab Məmmədov

AVAR: Kərim Zeynalov

Tofiq Bəhramov adına Respublika Stadionu

Turun digər nəticələri

Turan Tovuz” 1-0 “Qəbələ”

“Araz-Naxçıvan” 0-0 “İmişli”

Sabah” 2-0 “Kəpəz”

“Sumqayıt” 1-3 “Neftçi”

Zirə” 2-0 “Şəfa”

Məhərrəm Ağalaroğlu, “İki sahil”