Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın danışıqlar keçirmək təklifini qəbul edib.
“İki sahil” xəbər verir ki, bunu Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Bundan əvvəl ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırdığını açıqlamışdı. Tramp bu təlimlərin KXDR-ə "tamamilə yersiz və düşməncəsinə siqnal" verdiyini bildirmişdi.
O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğunu vurğulamışdı.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib