Yunanıstanın idarə etdiyi neft tankeri "Skiros" Rusiyanın Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunda (KTK) Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Agentliyin məlumatına görə, "Skiros" adlı "Suezmax" sinfinə aid tankerlə bağlı insident avqustun 16-da axşam saatlarında baş verib. Gəmi Rusiya nefti ilə yüklənib.
Məqalədə qeyd olunub ki, bu, təxminən üç həftəlik fasilədən sonra KTK terminalına daxil olan gəmiyə qarşı ilk hücumdur.
"Skiros" tankerinin idarəedici şirkəti bildirib ki, insident nəticəsində heç kim xəsarət almayıb.