18 avqust 2026 11:50
66

Yaponiya Avstraliyada hipersəsli raketlərin sınaqlarını keçirmək istəyir

Yaponiya yaxın onillikdə müxtəlif raket sistemlərini, o cümlədən hipersəsli raketlərini Avstraliyadakı poliqonlarda sınaqdan keçirmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Canberra Times" qəzeti məlumat yayıb.

Avstraliyanın müdafiə naziri Riçard Marlz yaponiyalı həmkarı Şinciro Koizumi ilə keçirilən danışıqların yekunlarına dair bildirib ki, Yaponiyaya öz sınaqları üçün, məsələn, hiperfəsli raketlər proqramı çərçivəsində Avstraliya poliqonlarından istifadə imkanının yaradılması ilə bağlı danışıqlar tam sürətlə davam edir.

Marlz jurnalistlərə açıqlamasında tərəflərin "yaxın onillikdə Tokionun Avstraliyanın raket poliqonlarından istifadə etməsinə dair Avstraliya və Yaponiya arasında daha keyfiyyətli və genişləndirilmiş sazişin irəlilədilməsi barədə razılığa gəldiklərini" qeyd edib.