Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.
“İki sahil” xəbər verir ki, onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Laçında ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir