18 avqust 2026 18:09
62

Bacısını qətlə yetirən şəxs polisə təslim olub

Hacıqabul rayonunda bacısını bıçaqla qətlə yetirən şəxs hüquq-mühafizə orqanlarına təslim olub.

“İki sahil” xəbər verir ki, hadisə Hacıqabul şəhəri Sabir Almazov küçəsində qeydə alınıb. Hacıqabul sakini Cəfər Həsənov bacısı Zeynəb Qocayevanı bıçaqla vuraraq qətlə yetirib.

Hadisəni törədən Cəfər Həsənov könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Faktla bağlı araşdırma aparılır.