İsrail Suriya ərazisinə endirilən ehtimal olunan zərbələrdən əvvəl ABŞ-yə xüsusilə həssas kəşfiyyat məlumatlarını öncədən təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə yüksəkrütbəli İsrail rəsmisi İdlib əyalətindəki hərbi aerodroma hücumlarla bağlı xəbərləri şərh edərkən "Fox News" telekanalına bildirib.
"Xüsusilə həssas kəşfiyyat məlumatları müxtəlif idarə və strukturların ən yüksək səviyyəsində Birləşmiş Ştatlara öncədən ötürülüb", — deyə rəsmi şəxs bəyan edib.
İsrail nümayəndəsi məlumatların xüsusi məxfi xarakter daşıdığını əsas gətirərək əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib