Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, avqustun 12-15-də keçirilən vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər. Vakansiya seçimində uğur qazana bilməyən və ya seçimdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Müsahibə mərhələsinin keçirilməsi ilə bağlı məlumatın əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.
Müəllimlərin işə qəbulu müsabiqəsində ümumi vakansiya seçiminin nəticələri açıqlanıb