BMT İsrailin Suriya ərazisinə son hava hücumları ilə bağlı narahatlığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, bu cür hücumlar yolverilməzdir və dayandırılmalıdır.
"Biz bu zərbələri gördük. Bu, Suriyanın ərazi bütövlüyünün və hava məkanının son dərəcə narahatedici pozulmasıdır. Belə hava hücumları dayandırılmalıdır; biz onlara qarşıyıq", - o deyib.
Daha əvvəl xəbər verilib ki, İsrailin Müdafiə Ordusu Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu əl-Duhur" hava bazasına səkkiz zərbə endirib.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib