18 avqust 2026 23:54
84

Həmin bəyanatlar Moskvanın mövqeyini əks etdirmir

Azərbaycanın Baş Prokurorluğunun rusiyalı jurnalistlərin axtarışda olması ilə açıqlamaları Moskvanın Bakıya münasibətdə mövqeyini əks etdirmir.

“İki sahil”  "NEWS.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir ortaqlığı yoxdur.

"Hesab edirik ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - nəşr M.Zaxarovanın sözlərini sitat gətirib. (Report)