Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.
“109” sorğu-məlumat xidmətinə olan tələbatın kəskin azalması və müvafiq məlumatların alternativ rəqəmsal kanallar vasitəsilə daha əlçatan olması xidmətin iqtisadi və praktiki səmərəliliyini əhəmiyyətli dərəcədə azaldıb.
Bu səbəbdən “Aztelekom” MMC tərəfindən təqdim edilən “109” sorğu-məlumat xidməti 1 sentyabr 2026-cı il tarixindən etibarən fəaliyyətini dayandıracaq.
Əlavə məlumat əldə etmək istəyən vətəndaşlar “170” Çağrı mərkəzinə müraciət edə bilərlər.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir