Rusiya ötən ilin dekabrında gündəlik neft istehsalını orta hesabla 3,74 faiz artıraraq 11,21 milyon barrelə çatdırıb.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu, ölkənin neft hasilatının 1991-ci ildən bu vaxtadək ikinci dəfə 11 milyon barreli keçdiyi deməkdir.
Rusiyada gündəlik neft hasilatı 2016-cı ilin sentyabrında ilk dəfə 11 milyon barreldən çox olmuşdu.
Bundan başqa, ötən il ərzində Rusiyanın qaz hasilatı 0,7 faiz artaraq 640 milyard kubmetrə bərabər olub.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub