23 avqust 2026 12:49
233

Daşkənddə Prezident İlham Əliyevin səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətilə qarşılanma bannerləri yerləşdirilib.

“İki sahil” "Report"a istinadla xəbər verir ki, bannerlərdən biri paytaxtın hava limanında quraşdırılıb.

Banner üzərində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın fotoları, həmçinin "Hörmətli cənab İlham Əliyevi, Azərbaycan Respublikasının Prezidentini Özbəkistan torpağında böyük məmnuniyyətlə salamlayırıq!" sözləri yer alıb.