İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü tufanlar və qasırğalar nəticəsində 496 bina, o cümlədən yaşayış evləri, mağazalar və ictimai obyektlər zərər görüb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət noyabrın 13-ü və 14-də əyalətin bir neçə rayonunu əhatə edib. Ümumilikdə, 336 yaşayış binası zədələnib ki, bunlardan 63-ü ciddi şəkildə dağılıb.
Ən ağır nəticələr Qərbi Bandunq dairəsində qeydə alınıb - burada 195 evə ziyan dəyib. Bandunq dairəsinin rəhbərliyi tərəfindən fövqəladə vəziyyət elan edilib və evləri güclü dağıntıya məruz qalan sakinlərə yardım göstəriləcəyi bildirilib.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər