Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Luis İnasio Lula da Silva ilə telefon danışığı aparıb və tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Prezident Ərdoğan görüşdə 20 il əvvəl irəli səviyyədə əsası qoyulan iki ölkə münasibətlərinin gündən-günə inkişaf etməsinin məmnunluq doğurduğunu, investisiya, ticarət və müdafiə sənayesi başda olmaqla, hər sahədə əməkdaşlığı dərinləşdirməyin ölkələrə fayda verəcəyini ifadə edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Ərdoğan regional və qlobal məsələlərdə barışığı ön plana çəkən siyasətin dünyada sülhə töhfə verdiyini də ifadə edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir