24 avqust 2026 21:30
78

"Fənərbağça" keçmiş müdafiəçisini qaytarır

"Fənərbağça" yetirməsi olan Yusuf Akçiçeyi yenidən komandaya qatmaq üçün hərəkətə keçib.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi gənc müdafiəçi ilə şəxsi müqavilə şərtlərində artıq tam razılıq əldə edib.

"Sarı-lacivərdlilər" futbolçunun keçidi üçün yaxın vaxtlarda "Əl-Hilal" klubu ilə rəsmi danışıqlara başlayacaq.

Müdafiə xəttini yerli kadrla gücləndirmək istəyən Türkiyə nəhəngi bu transferi qısa müddətdə yekunlaşdırmağı hədəfləyib.