24 avqust 2026 22:19
108

"Çelsi" "Yuventus"un ulduzuna göz dikdi

İngiltərənin "Çelsi" klubu "Yuventus"un cinah yarımmüdafiəçisi Fransisko Konseysaonu transfer siyahısına daxil edib.

“İki sahil” xəbər verir ki, London təmsilçisi Pedro Netunun "Əl-Hilal"a mümkün keçidi gerçəkləşəcəyi təqdirdə portuqaliyalı ulduz üçün rəsmi addım atacaq.

Məşhur menecer Jorje Mendeş "Yuventus"a 30 milyon avroluq təklif təqdim etməyə hazırlaşsa da, Turin klubu futbolçusunu 40 milyon avrodan ucuza buraxmaq niyyətində deyil.

Konseysao özü isə hazırda karyerasını "Yuventus"da davam etdirməyə üstünlük verir.