İran ABŞ-ın maliyyə təzyiqləri ilə bağlı hədələrinə inanmır.
“İki sahil” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.
"Amerikalılar bilirlər ki, heç kim onların lovğalıqlarına inanmır; Amerika iqtisadi baxımdan elə bir vəziyyətdə deyil ki, digər ölkələrlə münasibətlərini bundan da artıq məhdudlaşdırmaq istəsin", - o bildirib.
Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Amerika administrasiyasının İrana qarşı "maliyyə hücumu"na keçdiyini bildirib. "İndi biz endşpilə (oyunun son və həlledici mərhələsi, şahmat termini - red.) daxil oluruq. Sübhdən iqtisadi "D Günü" - düşmənə qarşı indiyədək həyata keçirilmiş tarixdəki ən böyük maliyyə hücumu başlayır", - Bessent deyib.
آمریکاییها میدانند که کسی گُندهلافیهای آنها را باور نمیکند؛ آمریکا از لحاظ اقتصادی در شرایطی نیست که بخواهد روابط خود با دیگر کشورها را محدودتر از این کند.
— محمدباقر قالیباف | MB Ghalibaf (@mb_ghalibaf) August 24, 2026
شرکای تجاری ایران، هم در رسانهها و هم با ارسال پیام به ما اعلام کردهاند که این اظهارات را به هیچ جا حساب نمیکنند.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir