Almaniyanın enerji şirkəti “Uniper” Norveçin “Equinor” şirkəti ilə uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, razılaşmaya əsasən, 15 il ərzində Almaniyaya hər il 30 teravat-saatdan çox təbii qaz tədarük ediləcək.
Qaz Almaniyaya mövcud boru kəmərləri vasitəsilə çatdırılacaq. Müqavilə çərçivəsində nəzərdə tutulan illik həcm Almaniyada 2 milyondan çox təsərrüfatın illik qaz istehlakına bərabərdir.
Hazırda Norveç Almaniyanın əsas qaz təchizatçısıdır və ölkənin qaz idxalının təxminən 44 faizi bu ölkənin payına düşür. “Equinor” 2022-ci ildə enerji böhranı zamanı Rusiyadan qaz tədarükünün azalmasından sonra Almaniyanın enerji təminatında rolunu əhəmiyyətli dərəcədə artırıb.
“Uniper” Avropanın ən iri qaz topdansatış şirkətlərindən biridir və qazı şəhər kommunal təsərrüfatlarına, iri sənaye müəssisələrinə və elektrik stansiyalarının operatorlarına tədarük edir. Şirkət hazırda demək olar ki, tamamilə Almaniya dövlətinin mülkiyyətindədir.
Qeyd edək ki, “Uniper” şirkəti ilə SOCAR arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Azərbaycan bu ilin əvvəlindən Almaniyaya da təbii qazın ixracına başlayıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir