24 avqust 2026 23:15
89

Bakı Olimpiya Stadionunda Təhlükəsizlik konfransı keçirilib

Bakı Olimpiya Stadionunda AFFA və Daxili İşlər Nazirliyinin birgə iştirakı ilə Təhlükəsizlik konfransı təşkil olunub.

“İki sahil” AFFA-ya istinadla xəbər verir ki, Konfransda Azərbaycan Premyer Liqası və beynəlxalq oyunlar zamanı təhlükəsizliyin təmin olunması, kütlənin idarə edilməsi və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elnur Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şakir Məmmədov, həmçinin Premyer Liqa, I Liqa və II Liqa klublarının təhlükəsizlik menecerləri və azarkeşlərlə iş üzrə məsul şəxslər iştirak ediblər.