Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq əyləncə parkının inşası ilə bağlı müqavilə bağlayıblar.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səudun Fransa Prezidenti Emmanuel Makronla Parisdə görüşünün yekununa əsasən məlumat yayıb.
Məlumata görə, məşhur yapon manqa və anime franşizası olan "Dragon Ball Z"dən ilhamlanan layihə Parisin şimal-qərbindəki Serji-Pontuaz yaxınlığında inşa ediləcək və təxminən 22 000 iş yeri açacaq.
Makronun müşavirlərinin sözlərinə görə, layihənin ideyası Fransa liderinin 2025-ci ildə Səudiyyə Ərəbistanına səfəri zamanı yaranıb. Səudiyyə Ərəbistanının "Qiddiya" investisiya qrupu krallığın qeyri-neft sənayesini şaxələndirmək və əyləncə sənayesində qlobal iştirakını genişləndirmək siyasətinin bir hissəsi olan layihəni maliyyələşdirəcək.
Avropanın ən böyük əyləncə parklarından birinin açılış tarixi hələ müəyyənləşdirilməyib və inşasının bir neçə il çəkəcəyi gözlənilir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir