İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir görüşüb, Vaşinqtonla Tehran arasındakı gərginliyin diplomatik həllini müzakirə ediblər.
“İki sahil” IRIB-ə istinadən xəbər verir ki, M. Pezeşkian söhbət zamanı ABŞ-nin İrana münasibətdə mövcud yanaşmasını dəyişməli olduğunu qabardıb.
"Bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olması, İslam ölkələri ilə qarşılıqlı əlaqə əsas zərurətdir", - o bildirib və əlavə edib ki, İran İslam ölkələri və qonşuları ilə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində hər cür əməkdaşlığa hazırdır.
Onun fikrincə, İslam ölkələrinin həmrəyliyi İsrailə qarşı ən çəkindirici amildir: "Bu yaxınlaşma reallaşdığı təqdirdə, düşmənlər öz məqsədlərini irəli apara bilməyəcəklər. İslamabadın diplomatik səyləri ilə bölgə və İslam dünyası inkişaf edəcək".
A. Münir isə ortaq məqsədləri irəli aparmaq və hərtərəfli razılaşma əldə etmək üçün diplomatik proseslərin tam dəqiqlik və həssaslıqla müzakirə edilib araşdırılmasının zəruri olduğunu vurğulayıb: "Pakistan vasitəçi rolunu qətiyyətlə davam etdirəcək və inanır ki, bu böhranın sona çatması yenidənqurma, regional inkişaf və kollektiv təhlükəsizliyin təmin edilməsi istiqamətində hərtərəfli əməkdaşlığın yeni fəslinin başlanğıcı olacaq".
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir