25 avqust 2026 00:54
82

Skott Bessent hədələdi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə...

Amerika Birləşmiş Ştatlarının (ABŞ) xəzinədarlıq katibi Skott Bessent İranla iqtisadi əlaqələri kəsməkdən imtina edən ölkələrə qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib.

“İki sahil” xəbər verir ki, o, bunu keçirdiyi mətbuat konfransında deyib.

Bessentin sözlərinə görə, Tramp administrasiyası rəsmi Tehranı iqtisadi cəhətdən təcrid etmək üçün ABŞ ilə işləmək tələbinə dair dünya liderlərinə müraciətlər ünvanlayıb.

O, Prezident Donald Trampın bununla bağlı hansı ölkələrin rəhbərləri ilə əlaqə saxladığını deməyib, lakin artıq bəzi nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.