Macarıstanın Solnok şəhəri yaxınlığında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "Gripen" qırıcı təyyarəsi qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar sosial şəbəkə hesablarında məlumat verib.
Baş nazirin sözlərinə görə, pilot uğurla katapult edib, mülki infrastruktura zərər dəyməyib. Hökumət rəhbəri qəzanın səbəbinin hələlik məlum olmadığını bildirib.
"Araşdırma aparılır, müdafiə naziri hadisə yerinə yola düşüb. İlkin hesabata görə, xəsarət alan yoxdur", - deyə Madyar əlavə edib.
Qeyd edək ki, "Saab JAS 39 Gripen" "Saab Avionics" şirkəti tərəfindən hazırlanmış, İsveç istehsalı dördüncü nəsil çoxməqsədli qırıcı təyyarədir. Təyyarə 1997-ci ildən İsveç Hərbi Hava Qüvvələrinin silahlanmasındadır.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir