İran hökuməti ABŞ-nin İslam Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsinə, yeni məhdudiyyətlər tətbiq etməsinə hazır idi və potensial problemlərin öhdəsindən gəlmək üçün əvvəlcədən plan hazırlayıb.
“İki sahil” xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.
"Ölkə hökuməti ABŞ sanksiyalarına qarşı necə çıxacağını əvvəlcədən planlaşdırıb və yeni məhdudiyyətlərə tam hazırdır", - "Tasnim" agentliyi nazirdən sitat gətirib.
Nazir izah edib ki, kabinetin iki illik iqtisadi inkişaf planı var və orada bütün problemlər nəzərə alınıb. Onun sözlərinə görə, Vaşinqton İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çata bilməyəcək.
Eyni zamanda, İranın naziri qeyd edib ki, müharibə sənayeyə, xüsusən metallurgiya zavodlarının fəaliyyətinə təsir edib. "Lakin biz onları bərpa etdik və ölkəni müdafiəsinə davam edirik", - Mədənizadə fikirlərini yekunlaşdırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş iqtisadi müharibə və təcridin başlandığını elan edib. Amerika lideri həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələr, hava limanları və ya dövlət qurumları, Tehrana dəstək verəcək ölkələr ABŞ-ın ciddi iqtisadi nəticələri ilə üzləşəcəklər.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir