Fransanın Od departamentinin Poma kommunasında baş verən güclü fırtına nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb. 100-ə yaxın yaşayış binasına ziyan dəyib, zərərçəkənlər üçün müvəqqəti yerləşmə mərkəzləri yaradılıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, yerli vaxtla saat 21:00-a olan məlumata görə, ərazidə 115-dən çox xilasedici çalışıb. Axtarış-xilasetmə üzrə ixtisaslaşmış qruplar və kinoloji bölmə də əməliyyata cəlb edilib. Jandarmlar tərəfindən isə gecə boyu təhlükəsizlik təmin olunacaq.
Fırtına Fransanın hava nəqliyyatında da ciddi fasilələrə səbəb olub. Nəqliyyat naziri Filip Tabaronun bildirdiyinə görə, fırtına Paris, Bordo, Tuluz, Marsel və Nitsa hava limanlarının işinə təsir göstərib.
Nazir uçuşlarda gecikmə və ləğvlərin davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ölkənin bəzi departamentlərində narıncı hava xəbərdarlığı elan olunub.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir