ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizləndiyini bəyan edib.
“İki sahil” xəbər verir ki, o bu barədə "Truth Social"da bildirib.
Tramp vurğulayıb ki, yeni minaların yerləşdirilməsinə qarşı sıfır tolerantlıq siyasəti qüvvədədir.
"ABŞ Hərbi Dəniz Qüvvələri indicə mənə məlumat verib ki, Hörmüz boğazının beynəlxalq suları minalardan təmizlənib. İrana xəbərdarlıq edilib ki, yeni minalar yerləşdirən gəmilər və ya qayıqlar dərhal və sistematik şəkildə məhv ediləcək", - o yazıb.
Tramp əlavə edib ki, ABŞ Kosmik Qüvvələri Hörmüz boğazının bütün ərazisində müntəzəm monitorinq keçirir. Onun sözlərinə görə, "Pikeks-Mauntin" və İranın əvvəllər məhv edilmiş digər üç nüvə obyekti üzərində də eyni qaydada müşahidə aparılır.
Daha əvvəl "Tasnim"də yayılan məlumata görə, İran Hörmüz boğazı ilə bağlı şərtlərini vasitəçi qismində Pakistana təqdim edib. Əsas şərt isə İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi - Hörmüz boğazının İranın nəzarətində olmasına aidir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir