Yaxın Şərqdəki diplomatik təmaslar, İran və Omanın Hörmüz boğazında birgə dəhlizin aktivləşdirilməsi barədə razılığa gəlməsi xəbərlərinin təsiri ilə Avropada təbii qazın qiyməti təxminən 5 faiz azalıb.
“İki sahil” xəbər verir ki, gün ərzində Niderlandın TTF habında meqavat/saat təbii qazın qiyməti 63 avro civarında olub.
“Gas Infrastructure Europe”nin məlumatına görə, Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq nisbəti hazırda 63,3 faizdir.
Avropada anbarların doluluq nisbəti ötən ilin eyni dövründəki səviyyədən aşağı olsa da, Yaxın Şərqdə, xüsusən də Qətərdə qaz yataqlarına dəyən ziyan və Hörmüz boğazından keçən daşınmalarda yaranan fasilələr qaz qiymətlərinin keçənilki səviyyədən yuxarı qalmasına səbəb olur.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir