Çinin Tibet Muxtar Rayonunun Siqaze şəhəri ərazisində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə muxtar rayon hökuməti məlumat yayıb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, avqustun 26-da Çin ilə Nepal arasında əsas sərhəd-keçid məntəqəsi yaxınlığında palçıq axını baş verib. Nəticədə məntəqəyə gedən yol bağlanıb, kommunikasiya və elektrik xətləri qırılıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və axtarış əməliyyatına xeyli texnika və canlı qüvvə səfərbər olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin itkin düşənlərin axtarışlarının sürətləndirilməsi və təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı göstəriş verib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir