Dünyanın ən böyük konteynerdaşıma şirkəti olan “MSC Mediterranean Shipping Co.” Rusiyanın Novorossiysk limanına və limanından yeni sifarişləri dayandırıb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, “MSC”nin bu qərarı yaxın vaxtlarda Novorossiyskə gedən “MSC ULSAN III” gəmisinə edilən dron hücumundan sonra verdiyi bildirilir. Hadisənin nə vaxt baş verdiyi açıqlanmır.
“MSC”nin vəziyyəti yaxından izlədiyini və Qara dəniz limanından müntəzəm həftəlik xidmətlərin bərpasına imkan verən şərait yaradılana qədər müştərilərin idxal və ixrac üçün mümkün logistik alternativlər barədə Rusiya agenti ilə əlaqə saxlamalı olduqlarını bildirib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir