İranda bombardman edilmiş obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yoxlanılması qanuni qərarlardan asılıdır.
“İki sahil” xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
"Agentlik (BAEA-red.) ABŞ və İsrailin oyuncağına çevrilib", - o bildirib.
M. İslami BAEA-nın nizamnaməyə uyğun və siyasi təzyiqlər olmadan fəaliyyət göstərməsini gözlədiklərini xatırladıb:
"Hərbi hücumun hədəfi olan bütün mərkəzlər əvvəllər Agentlikdə qeydiyyatdan keçmiş və yoxlanılırdı; Agentliyin susması və bu hücumları pisləməməsi onun səlahiyyət və müstəqilliyini şübhə altına alır.
Agentliyin zərər görmüş obyektlərə baxış keçirməsi üçün Vaşinqton və Təl-Əvivin təzyiqi onların öz hərbi əməliyyatlarının nəticələrini qiymətləndirmək məqsədi daşıyır; lazımi təhlükəsizlik qaydaları və protokolları hazırlanana qədər, parlamentin qanununa əsasən bu mərkəzlərin yoxlanılması iddiası qəbuledilməzdir".
Onun sözlərinə görə, zərbəyə məruz qalmayan obyektlər təminat sazişinə uyğun olaraq yoxlanılıb, lakin ölkə hələ də müharibə şəraitindədir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir