26 avqust 2026 23:18
120

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, ölkə çempionu bu barədə rəsmi hesabında paylaşım edib. Paylaşımda deyilir:

“Möhtərəm cənab Prezident,

“Sabah” Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyiniz yüksək diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.

Sizin Azərbaycan idmanına, o cümlədən futbolun inkişafına göstərdiyiniz davamlı diqqət və qayğınız, idman klublarının inkişafı üçün yaradılmış imkanlar bu cür tarixi nailiyyətlərə böyük stimul verir, məsuliyyətimizi daha da yüksəldir.

Ölkəmizi Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun adını daha da yüksəklərə qaldırmaq üçün bundan sonra da əzmlə mübarizə aparacağıq.

Nəticə etibarilə, biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik.

Biz Sizdən, Azərbaycan xalqının böyük qələbələrinin memarından güc və İLHAM alırıq.

“Sabah” Futbol Klubu adından göstərdiyiniz yüksək diqqətə görə bir daha dərin təşəkkürümüzü bildiririk”.