ABŞ yaxın bir neçə həftə ərzində Yaxın Şərqə 5 min nəfərlik heyətə malik "Theodore Roosevelt" təyyarədaşıyan gəmisini göndərir.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, "Theodore Roosevelt" regionda ən azı yeddi ay döyüş növbətçiliyində olacaq.
CNN qeyd edir ki, bu addım Yaxın Şərq münaqişəsi və beynəlxalq öhdəliklər səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrinin üzləşdiyi gərginlik fonunda atılır.
Əvvəllər ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının məsuliyyət zonasına "George Washington" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ zərbə təyyarədaşıyan qrupu gəlmişdi. O, hələ may ayında ABŞ-yə qayıtmalı olan "Abraham Lincoln" təyyarədaşıyan gəmisini əvəz etmək üçün Yaxın Şərq regionuna çatmışdı.
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir