Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2026-cı il “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub.
“İki sahil” xəbər verir ki, bu, NDU komandasının “Enactus” üzrə 6-cı çempionluğudur.
Yarışda uğur qazanan komanda növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.
NDU-nun “Enactus” komandası tələbələrin innovativ ideyalarının dəstəklənməsi, layihələrin reallaşdırılması və beynəlxalq təcrübənin təşviqi istiqamətində yaradılan imkanlardan yararlanaraq növbəti böyük uğura imza atıb.
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub