Avqustun 27-də Qubada 11 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub.
Üçüncü yer uğrunda görüşdə Özbəkistanın “Paxtakor” komandası “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medalına sahib olub.
Bədii hissədə gimnastika üzrə nümunəvi çıxışlar və milli rəqslər təqdim edilib.
Turnirin final görüşündə “Ulduz” FA ilə Polşanın “Drukarz” komandası qarşılaşıb. Görüş Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Drukarz” turnirin qalibi olub, “Ulduz” FA isə ikinci yeri tutub.
Fərdi nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib. Ən yaxşı oyunçu Giorgi Zekalaşvili (“Dinamo Tbilisi”, Gürcüstan), turnirin bombardiri Əli Əliyev (“Qarabağ” FK, Azərbaycan), ən yaxşı qapıçı isə Dilqəm Salmanov (“Ulduz” FA, Azərbaycan) seçilib.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Üçüncü dəfə təşkil olunan yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar