İspaniya hakimiyyəti Afrikanın şimalındakı muxtar şəhəri olan Seutada qeyri-qanuni miqrantların yoxlanılması məqsədilə Avropa İttifaqının (Aİ) Sərhəd və Sahil Mühafizəsi Agentliyindən (Frontex) kömək istəyib. Onlar bu yay Mərakeşdən Seutaya keçiblər.
“İki sahil” xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska müvafiq sorğunu Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş İdarəsinin direktoru Beate Qminderə ünvanlayıb. Madrid qeyri-qanuni miqrantlarla bağlı prosedurları həyata keçirmək üçün 10 nəfər “Frontex” zabitinin göndərilməsini xahiş edir.
Məlumat verildiyi kimi, iyulun 30-31-də azı 72 min qeyri-qanuni miqrant Mərakeş və İspaniya sərhədini keçib. Hadisə zamanı İspaniya tərəfində 82, Mərakeş tərəfində isə 14 miqrant həlak olub. Yerli hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, hazırda Seutada 5-8 min qeyri-qanuni miqrant qalmaqdadır.
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb