ABŞ-nin “SpaceX” şirkəti 2027-ci ildən etibarən “Starship” kosmik sisteminin sınaq uçuşlarını, demək olar ki, hər həftə həyata keçirəcək.
“İki sahil” xəbər verir ki, bunu NASA rəhbəri Cared Ayzekman “Fox News” telekanalının efirində bildirib. O, həmçinin “SpaceX” şirkətinin Aya enmə modulunun yaradılması üzərində işlədiyini qeyd edib.
Layihəni hazırlayan şirkətin planlarına əsasən, “Starship” kosmik sistemi universal olacaq və müxtəlif versiyalarda Yerətrafı orbit üçün uçuşlar, peyklərin orbitə çıxarılması, Aya, Marsa, habelə daha uzaq göy cisimlərinə missiyalar üçün istifadə edilə biləcək. Nəzərdə tutulub ki, təkrar istifadə oluna bilən “Super Heavy” daşıyıcı raket və “Starship” şaquli eniş həyata keçirəcək.
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb