Rusiyanın Ukraynanın Jitomir şosesi yaxınlığındakı anbarlara hava hücumundan sonra Kiyev bölgəsində 200-dən çox insan təxliyə edilib. Hələlik say açıqlanmasa da, həlak olanlar barədə məlumat verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Kiyev vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
“Təəssüf ki, düşmən hücumu nəticəsində həlak olanlar var. Onların sayı barədə yekun məlumatımız yoxdur. Xilasedicilər və bütün müvafiq xidmətlər yerində işləməyə davam edirlər”, - deyə Tkaçenko yazıb.
Yanğınsöndürənlər yanğını söndürməyə davam edirlər.
Tkaçenko hazırda insanlara kömək etməyin və onların təhlükəsizliyini təmin etməyin vacib olduğunu yazıb, Buça rayonundakı hücum yerində təcili yardım mərkəzinin yaradıldığını qeyd edib.
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb