“Bank of America Merrill Lynch” Beynəlxalq investisiya bankı xam neftin barrel qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bank “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 2017-ci ildə 61 dollar, “Layt” markalı neftin bir barrelinin orta qiymətinin isə 59 dollar olacağını proqnozlaşdırır.
“Bank of America Merrill Lynch” 2018-ci ildə “Brent” neftinin orta qiymətinin 65 dollar/barrel, “Layt” neftinin isə 63 dollar/barrel olacağını nəzərdə tutur.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub