29 avqust 2026 11:58
97

Rusiya Ukraynanın Nikolayev və İzmayıl limanlarına zərbələr endirib

Rusiya Ukraynanın Nikolayev və İzmayıl şəhərlərindəki liman infrastrukturuna zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Nazirlik iddia edir ki, Nikolayev limanında dəniz yükaşırma terminalı, logistika mərkəzləri, hərbi təyinatlı əmlakı olan 18 anbar və yanacaq-sürtkü materialları olan üç anbar vurulub.

Rusiya tərəfinin məlumatına görə, İzmayıl limanında yanacaqdaşıyan maşınların dayanacağına və yanacaq-sürtkü materiallarının boşaldıldığı ərazilərə zərbə endirilib.

Bundan əlavə, Ukraynanın Kiyevdəki logistika mərkəzlərinə zərbələr endirildiyi bildirilib.

Nazirlik bəyan edib ki, kütləvi zərbələr avqustun 28-i və 29-na keçən gecə endirilib.