Berlinin Şpandau rayonunda (Almaniya) qaçqınların yaşadığı binada baş verən yanğın nəticəsində yüzlərlə insan təxliyə edilib.
“İki sahil” "Berliner Zeitung"a istinadən xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətindən bildirilib.
Yanğın altımərtəbəli binanın dördüncü mərtəbəsində baş verib. Məlum olmayan səbəbdən dəhlizdəki əşyalar alışıb, bundan sonra tüstü beşinci və altıncı mərtəbələrə yayılıb.
Hadisə yerinə yanğınsöndürmə xidmətinin 74 əməkdaşı cəlb edilib. Dörd nəfər tüstüdən zəhərlənib.
Binanın dördüncü mərtəbəsi yaşayış üçün yararsız vəziyyətə düşüb. Təxminən 50-60 sakin təcili müvəqqəti sığınacağa yerləşdirilib.
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb