29 avqust 2026 13:55
102

Jubitana: "Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram

"Neftçi"nin yeni transferi Denzel Jubitana kluba keçidindən danışıb.

“İki sahil” xəbər verir ki, 27 yaşlı futbolçu paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib: "Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Mən bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək, dostlar".

Qeyd edək ki, "Neftçi" Denzel Jubitana ilə 2 illik müqavilə imzalayıb.