İran bu münaqişədən qalib ayrıldı, belə ki, ABŞ müharibə məqsədlərinə nail olma bilməyib.
“İki sahil” xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, bunu İran Ordusunun baş komandanı Əmir Hatəmi bildirib.
Hatəmi bildirib ki, “düşmən” ölkənin pilotsuz uçuş aparatları və raket imkanlarını məhv etməyə çalışsa da, İranın arsenalında olan vasitələr “son ana qədər maksimum intensivliklə” düşmənə qarşı istifadə olunub.
“Qərargah məntiqinə görə, təcavüzkar və hücum edən tərəf öz məqsədlərinə nail olduqda qalib hesab olunur. Lakin müdafiə müharibəsində düşmənin məqsədlərinə nail ola bilməməsi müdafiə olunan tərəfin qələbəsi deməkdir”, - deyə o əlavə edib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.