Nigerin paytaxtı Niamey şəhərində partlayış və atışma baş verib.
“İki sahil” "Reuters"ə istinadən bildirir ki, kimliyi bəlli olmayan şəxslər Diori Amani adına beynəlxalq hava limanına hücum təşkil edib, eyni zamanda prezident iqamətgahının ətrafındakı təhlükəsizlik xəttini yarmağa cəhd göstəriblər.
Bundan əlavə, böyük hərbi obyekt olan "Baza 101"ə də hücum edilib. "Reuters"in təhlükəsizlik xidmətlərindəki mənbələri bildiriblər ki, hücum edənlərin bir qismi zərərsizləşdirilib, digərləri isə qaçaraq gizlənib. Agentliyin güc strukturlarındakı həmsöhbətləri hücum edən şəxsləri terrorçu kimi xarakterizə ediblər.
Ölkənin Məşvərət Şurasının üzvü Bana Vaqana İbrahim sosial şəbəkələrdə belə yazıb:
"Baza 101"ə növbəti qorxaqcasına hücum edildi və müdafiə, təhlükəsizlik qüvvələrimiz yenidən asayişi bərpa etdi. Vəziyyət nəzarət altındadır".
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Nigerdə prezident Mohammed Bazumun devrilməsi ilə nəticələnən hərbi çevriliş baş verib. Ölkə Mali və Burkina-Faso ilə birləşərək Sahel Dövlətləri Alyansını yaradıb. Hər üç ölkə qanunsuz qruplaşmalara qarşı mübarizəni davam etdirir.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir