Qarşıdakı 7-8 ay Ukrayna, Polşa və bütövlükdə Avropanın təhlükəsizliyi üçün ən kritik aylar olacaq.
“İki sahil” xəbər verir ki, “Rzeczpospolita” nəşrinin məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
“Biz özümüzü müxtəlif variantlara hazırlamalıyıq və bu, tam dəqiqdir ki, qarşıdakı 7-8 ay kritik olacaq. Rusiya-Ukrayna müharibəsi dönüş nöqtəsindədir”, -deyə o əlavə edib.
Tuskun sözlərinə görə, bir gün Avropadan münaqişəni izləyənlərə elə görünə bilər ki, Ukrayna müəyyən strateji üstünlük əldə edir, “iki gün sonra isə məlum olur ki, bu müharibədə məğlub olmaq riskləri də kifayət qədər realdır”.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir