Pakistanın Hayber-Paxtunxva əyalətində Kalaçi polis rəisinin müavini Kifayətullah Marvatın avtomobilinə silahlı hücum edilib. Hadisə Dera-İsmayıl-Xan dairəsindəki Dera-Tank avtomobil yolunda qeydə alınıb.
“İki sahil” "Samaa" nəşrinə istinadən xəbər verir ki, naməlum şəxslərin xidməti maşını atəşə tutması nəticəsində nəqliyyat vasitəsi zədələnərək aşıb.
Qurulan pusqu nəticəsində sözügedən yüksəkrütbəli zabit və bir qadın polis də daxil olmaqla, ümumilikdə 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Yaralılar dərhal yerli dairə xəstəxanasına çatdırılıblar. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən cinayətkarların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir