Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmiyə hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, avqustun 26-da Türkiyə şirkətinə məxsus gəmi Qara dənizdə Tuapse sahillərində vurulub. Avqustun 27-də həmin gəmiyə yardım üçün göndərilən digər gəmi də hədəfə alınıb.
"Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə çatdırılıb. Qara dənizdə can və mal təhlükəsizliyinin, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu ilə bağlı lazımi xəbərdarlıqlar edilib", - deyə Türkiyə XİN-dəki mənbə qeyd edib.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir