Almaniya hökuməti Əfqanıstana deportasiyaların həyata keçirilməsini asanlaşdırmaq məqsədilə Taliban rejiminin daha bir texniki heyətinin ölkəyə müvəqqəti girişinə icazə verib.
“İki sahil” “Zeit” nəşrinə istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyi geri qaytarılmalı şəxslər üçün Taliban tərəfindən tanınan sənədlərin hazırlanması məqsədilə ölkəyə texniki dəstək qrupunun göndərildiyini açıqlayıb. Nazirlik bildirib ki, deportasiyaların sayının artırılması üçün kifayət qədər heyət və müvafiq texniki imkanların yaradılması zəruridir.
Almaniyanın Talibanla rəsmi diplomatik əlaqələri yoxdur. Bununla belə, deportasiyaların həyata keçirilməsi üçün daha əvvəl də Talibanın ayrı-ayrı nümayəndələrinin Almaniyadakı Əfqanıstan nümayəndəliklərinə göndərilməsinə icazə verilib.
Hazırkı hökumətin fəaliyyəti dövründə 228 nəfər Əfqanıstana deportasiya edilib. Onların əksəriyyəti cinayət törətmiş şəxslər olub. Sonuncu deportasiya avqustun 25-də 23 nəfərin Leypsiq-Halle hava limanından Əfqanıstana göndərilməsi ilə həyata keçirilib.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir