Belçika yenidən dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadə edilməsinə qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "VRT" telekanalına müsahibəsində bildirib.
"Xeyr, bu istisna olunur", - o bildirib. "Qapı bağlıdırmı?" sualına cavab verən Franken: "Bizim üçün bəli", - deyib.
2025-ci ilin dekabrında Aİ Rusiyanın 210 milyard avroluq aktivlərini müddətsiz olaraq dondurub. Buna qədər aktivlərin dondurulması hər altı aydan bir uzadılırdı və bütün Aİ ölkələrinin yekdil qərarını tələb edirdi. Elə o zaman Belçikanın XİN rəhbəri Maksim Prevo bildirmişdi ki, Rusiyanın bloklanmış aktivləri hesabına Ukraynaya reparasiya kreditinin verilməsi bundan irəli gələn iqtisadi, maliyyə və hüquqi risklərlə müşayiət olunur.
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq